LG şirkətinin mobil qurğular üzrə rəhbəri Ço Juno bu il təqdimaı gözlənilən LG G4 haqqında bəzi məlumatlar verib. SİA-nın xarici mətbuata istinadən xəbərinə görə, flaqman-smartfonun təqdimatından əvvəl LG şirkəti özünün Android interfeysini (üzlüyünü) – LG UX 4.0-ı təqdim edəcəkdir. Yalnız bundan sonra LG G4 smartfonunun təqdimatı gözlənilir.
Ço Juno bildirib ki, yeni LG UX 4.0 təmamilə yeni bir smartfon deməkdir və digər Android bazasında işləyən interfeyslərdən fərqli olacaqdır. O, yeni flaqman haqqında məlumat verərkən onun "aqressiv" olacağını bildirib. Smartfon haqqında tam məlumat olmasa da, Qualcomm Snapdragon 810 çipsetin və metal korpusun olacağı dəqiq məlumdur. Ço Juno bir neçə gün əvvəl təqdim olunan Samsung Galaxy S6-nı müsbət qiymətləndirsə də, gözlənilən LG G4 modelinin daha yaxşı olacağına işarə edib. Hələlik dəqiq olmasa da, LG G4 smartfonunun aprelin sonuna qədər təqdim olunacağı gözlənilir.
Qeyd edək ki, LG şirkəti bu il dünyada 3-cü istehsalçı firma olmaq fikrindədir və ona görə də müxtəlif texnoloji imkanlardan istifadə etmək qərarına gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB