Əli Abbasov: “Diqqət ixraca yönələn istehsala yönəldiləcək” AÇIQLAMA
"Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şirkətlərlə görüş keçirəcəyik". Bu sözləri bu gün rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə verdiyi açıqlamasında deyib.
Onun sözlərinə görə, rabitə sahəsində bazarın gələcəyi ilə bağlı müzakirələr aparılacaq. Şirkətlərin diqqəti ixraca yönələn istehsalın gücləndirilməsinə istiqamətləndiriləcək: "Şirkətləri maraqlandıran problemlər, bazarın gələcəyi ilə bağlı sektorun imkanlar və problemləri haqqında müzakirələr aparacayıq. Bugünkü Biznes Forumun əsas məqsədi ondan ibarətdir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən aparılan siyasət, tənzimləmə mühitində olan dəyişikliklər, qarşıya qoyulan məsələlər müzakirə olunsun. Bilirsiniz ki, biz həm xarici, həm də yerli şirkətlərin diqqətini ixraca yönələn istehsalın gücləndirilməsinə və genişləndirilməsinə yönəldəcəyik. Bu sahədə dövlətin atdığı addımlar, verdiyi güzəştlər və cəlbedici məqamlarını biz açıqlayacayıq. Şirkətləri də maraqlandıran suallara cavab verəcəyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB