Artıq uçan avtomobillərdə gəzə bilərsiniz

Artıq uçan avtomobillərdə gəzə bilərsiniz

Niderlandın "PAL-V Europe NV" şirkətinin mütəxəssisləri dünyada ilk dəfə olaraq "Qelisikl" adlanan uçan avtomobili uğurla sınaqdan çıxarıblar.
İki yerlik "Qelisikl" klassik vertolyotla 3 təkərli avtomobili özündə birləşdirən hibriddir. Nəqliyyat vasitəsinin üstün cəhətlərindən biri də odur ki, o çox asanlıqla mövcud uçuş - enmə zolaqlarından və yollarından istifadə edə bilir. Yəni avtomobil üçün ayrıca yol çəkməyə ehtiyac qalmır və rahat idarə olunur.
Vertolyot - maşının texniki göstəriciləri də yüksəkdir. O, 8 saniyədə 100 kilometr sürət yığa bilməklə, bir dəfəyə 350-500 kilometrədək məsafə qət etmək iqtidarındadır. Avtomobil benzinlə yanaşı, biodizel və bioetanol işlədir.
Hazırda dünyada analoqu olmayan "Qelisikl"in satış qiyməti 295 min ABŞ dollarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə