Berlin öz domen zonasında qeydiyyata başlayan ilk şəhər olub

Berlin öz domen zonasında qeydiyyata başlayan ilk şəhər olub

Berlin öz domen zonasını alan ilk şəhər olub. Almaniya paytaxtında fəaliyyət göstərən şirkət və fərdi şəxslər martın 18-dən etibarən internet layihələrini yerləşdirmək üçün ".berlin" domen zonasından istifadəyə başlaya biləcəklər. ".berlin" şəkilçisi bir müddət əvvəl "gTLD" proqramı çərçivəsində "ICANN" korporasiyası və şəhər hakimiyyəti arasında imzalanmış sazişə əsasən yaradılıb.

Berlindən sonra London, Paris, Nyu-York, Moskva, Yohannesburq və Naqoya kimi şəhərlər də belə domen zonalarını alacaqlar.

".berlin" zonasında qeydiyyatın illik haqqı 30-60 avro təşkil edir. Domenin ilk iş ilində operator 500 min avro cəlb etmək niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə