“Flower Power” qurğusu vasitəsilə bitkilərə nəzarət etmək mümkün olacaq
"Parrot" şirkəti yeni ixtirası olan "Flower Power" adlı qurğunu təqdim edib. Dibçəyə batırılan qurğu sayəsində otağın temperaturuna, işıqlanma və torpağın nəmlik dərəcəsinə nəzarət etmək mümkün olur.
"Computerworld" jurnalının məlumatına görə, qurğu vasitəsilə bitkinin gübrəyə ehtiyacı olub-olmadığı da müəyyən edilir.
Bu zaman "iOS" əməliyyat sistemi üçün proqram "Flower Power"in göstəricilərini otaq bitkiləri üzrə ən böyük verilənlər bazası ilə müqayisə edir.
Bitkinin suvarma, gübrə və ya daha çox işığa ehtiyacı varsa, proqram dərhal xəbərdarlıq etməyə başlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB