2015-ci ildə ABŞ tərəfindən domen adlarına, İP - ünvanlara və İnternet trafiki istiqamətləndirən başqa aspektlərə nəzarət dayandıracaq.
"Nyu-York Tayms" qəzetinin məlumatına görə, Amerika müvafiq inzibati funksiyaları hələlik dəqiq məlum olmayan qlobal birliyə həvalə edəcək.
İnternet yaranan vaxtdan bu funksiyanı ABŞ həyata keçirir, lakin indi bu məqsədlə İCANN beynəlxalq qeyri-kommersiya təşkilatına müraciət ediləcək. Həmin təşkilat domen adları sisteminin yeni fəaliyyət planını tərtib etməlidir.
Bu funksiyaların hələ 1997-ci ildə beynəlxalq quruma həvalə edilməsi planlaşdırılırdı, keçən il isə məsələ xüsusi aktuallıq kəsb edib. Bu, Amerika xüsusi xidmət orqanları, o cümlədən Milli Təhlükəsizlik Agentliyi tərəfindən internet-trafikin ələ keçirilməsi və ondan ölkələrə, habelə fiziki şəxslərə qarşı casusluq üçün istifadə edilməsi ilə bağlıdır.
İndi bütün dünyada İnternetdən istifadə miqyası genişlənir. Başqa ölkələr və transmilli korporasiyalar ABŞ-ın bu sahədə rolunun azaldılmasına və müvafiq funksiyaların əlaqədar tərəfləri birləşdirən bir qrupa verilməsinə tərəfdardırlar.
Xatırladaq ki, İCANN korporasiyası rəqabətli domen bazarının formalaşmasına şərait yaratmışdır. 1998-ci ilə qədər domen adlarının qeydiyyatı ilə yalnız bir şirkət məşğul olurdu. O vaxt domenin illik qiyməti təxminən 50 dollar idi. Bu isə qeydiyyata alınmış domen adlarının sayının artmasına mane olurdu.
1998-ci ildə dünyada cəmi üç milyon domen adı vardı. İndi isə İCANN korporasiyasının sayəsində akkreditə edilmiş qeydiyyatçıların sayı 900-dən artıqdır, qeydiyyata alınmış domenlərin sayı isə 160 milyonu aşıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB