Yaxın vaxtlarda kompüterlərdə USB flash yaddaşlar əvəzinə yapışqan kağızlar (stick) faylları transferi edəcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, kağız qalınlığında grafendən hazırlanan Datastickies cihazlar, yapışqanlı not kağızları (post-it) kimi istifadə ediləcək. Karbon atomlarıdan ibarət incə grafen sürücülər 32 GB tutumda olacaq. Bu etiketlər, kompüterə yapışdığı səth üzərindən məlumat transferi edəcək.

Hələ bazara çıxarılmayan sticker irəlidə USB yaddaşları taxtından endirə bilər.

Datastickies sürücülər, Hindistanda dizayner Aditi Singh və professor Parag Anand-nın məhsuludur.

Anand açıqlamasında hazırladıqları sticker sürücülərin klassik USB-dən daha rahat olacağını vurğulayıb.

Sticker sürücülərindən incə cihazlar, kompyuterlə yanaşı planşetlər, televizor və ağıllı telefonlarda da istifadə edilə biləcək.

İçindəki fayllarla əlaqədar olaraq sürücülərin üzərinə yazı da yazıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə