Hindistanın "Karbonn" şirkəti eyni anda "Android" və "Windows Phone" mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən dünyanın ilk mobil qurğusunu buraxmaq niyyətindədir.
Şirkət "Microsoft" korporasiyası ilə saziş imzalamışdır və artıq iyunda satışlara başlamağa hazırdır.
Qeyri-adi qurğuda ikisistemliyin necə həyata keçiriləcəyi və qiymət barədə hələlik məlumat verilmir. Bununla belə, şirkət nümayəndələri qeyd ediblər ki, qurğu kütləvi istifadəçilərdən daha çox texnologiya sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.
Hazırda "Windows 8" və "Android" sistemlərini özündə birləşdirən bir neçə hibrid planşet kompyuter istehsal edilib. Bununla yanaşı, hələlik "Windows Phone" və "Android" ilə işləyən hibrid smartfon buraxılmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB