E-mail-apnoe (tənəffüs hərəkətlərinin dayanması) müasir dövrdə daha geniş yayılmış problemlərdəndir. Bu problemə internet istifadəçilərinin 80 faizində rast gəlmək olar.
İnsanlar bəzən kompyuter arxasında işə o qədər aludə olurlar ki, hətta düzgün nəfəs almağı belə unudurlar. "Apnoe"nin bu növü əksər hallarda istifadəçi məktub yazarkən və ya yüksək dəqiqlik tələb edən işi yerinə yetirərkən özünü büruzə verir.
Baş gicəllənməsi, sürətli ürək döyüntüləri, üzdə qızartı, həyəcan, yuxulama, əsəbilik, baş ağrıları, müvəqqəti unutqanlıq da "e-mail-apnoe"nin simptomlarındandır. Problemi polisomnoqrafiyanın (yuxu problemlərinin araşdırılması ilə məşğul olur) köməyi ilə aşkar etmək olar. Tədqiqat beyin dalğaları, əzələ tonusu, burun və ağız boşluğundakı hava axını, ürək yığılmaları və tənəffüsün xüsusiyyətlərini izləməyə imkan verir.
Statistika göstərir ki, "apnoe" daha çox artıq çəkisi olan insanlarda müşahidə olunur. Buna görə də, çəkinin azaldılması, gündəlik fiziki məşqlər, yetərli qədər maye və meyvə qəbulu yaranmış vəziyyəti dəyişə bilər. "e-mail-apnoe" həmçinin metabolik pozğunluqlardan (həddən artıq kökəlmə, diabet, hipertoniya, yüksək xolesterin) əziyyət çəkən insanlarda rast gəlinir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB