“WhatsApp” mobil ismarıc proqramı istifadəçilərə iki yeni sistem təqdim edib
"Facebook" sosial şəbəkəsinin satın aldığı "WhatsApp" mobil ismarıc proqramı istifadəçiləri üçün iki yeni sistem təqdim edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, artıq proqram istifadəçilərinin profil şəklini onların istəmədiyi adamlar görməyəcəklər. Proqramın digər yeniliyi isə smartfondakı proqramdan axırıncı dəfə nə zaman istifadə etdiyinizin göstərilməsi bundan sonra istifadəçinin özündən asılı olacaq. Yəni "WhatsApp"dan son istifadə dəqiqəsi "Hamıya göstər" və ya "Kimsəyə göstərmə" seçimləri ilə tənzimlənəcək.
"Android" əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri yeniliklərdən artıq faydalana bilərlər. iPhone sahibləri isə yeniliklərdən bir həftə sonra yararlanmaq şansı əldə edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB