“Google” axtarış sistemi ilə “Yandex” arasında müqavilə imzalanıb
Dünyanın ən böyük axtarış sistemi olan "Google" Rusiyanın "Yandex" sistemi ilə yeni əməkdaşlıq müqaviləsi imzalayıb.
Müqavilənin şərtlərinə görə, bu iki internet-resurs reklam sahəsində əməkdaşlıq edəcək və ticarət sistemlərinə qoşularaq hər iki şirkətin banner reklamlarını göstərəcək. Razılaşma hər iki axtarış sisteminin, xüsusilə "Yandex"in şöhrətini reklamçıların gözündə yüksəldərək, onlara daha əlverişli reklam müqavilələri imzalamağa imkan verəcək.
"Google" ilə bağlanan saziş haqqında fikir bildirən "Yandex" şirkətinin texniki satış bölməsinin rəhbəri Nikolay Danilov deyib ki, reklam sistemlərinin inteqrasiyası internet-reklam bazarının inkişafı üçün stimul olacaq. Bu əməkdaşlıq media reklamları sahəsində inkişafa və keyfiyyət artımına səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB