“Toyota” şirkəti elektromobillər üçün naqilsiz doldurma sistemi üzərində işləyir

“Toyota” şirkəti elektromobillər üçün naqilsiz doldurma sistemi üzərində işləyir

Dünyanın bir çox avtomobilqayırma sənayesi şirkətləri elektromobillər və hibrid avtomobillər üçün elektrik doldurma sistemlərinin yaradılması üzərində iş aparırlar.
Yaponiyanın "Toyota" şirkətinin mühəndisləri isə elektromobillərin maqnit sahəsindən istifadə etməklə, naqilsiz enerji ilə doldurulması sistemini işləyib hazırlamışlar. Bu zaman enerji torpağın üzərində yerləşdirilmiş maqnit-rezonans doldurucu vasitəsilə elektromobilə ötürülür. Elektromobilin altına isə elektrik rezonator birləşdirilir.
Şirkətin rəsmilərinin bildirdiyinə görə, bu halda elektromobilin enerji ilə doldurulmasına naqil vasitəsilə doldurulmadakı qədər vaxt sərf olunur. Hazırda şirkət bu sistemin evlərdə və ictimai dayanacaqlarda quraşdırılması istiqamətində iş aparır.
Belə elektromobillərin sınaqdan sonra yaxın bir ildə bazara çıxarılacağı bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə