Google-dan yenilik

Google termostat, tüstü əleyhinə detektorlar kimi müxtəlif texnologiyaları yüksək səviyyədə istehsal edən Nest Labs şirkətini 3.2 milyard dollara almaq niyyətindədir. Bu barədə SİA xarici mətbuata istinadən xəbər verir.

"Nest Labs şirkəti bir çox məhsulları ilə diqqət çəkir. Belə ki, sözügedən şirkət elektrik enerjiyə qənaət edən termostat, ailənin təhlükəsizliyini təmin edən tüstü əleyhinə detektorlar kimi yüksək texnolgiyalar nümayiş etdirir",- deyə Google şirkətinin icraçı direktoru Larri Page bildirib.

Bildirilir ki, şirkətin rəhbərliyində və əməkdaşlarında heç bir dəyişiklik edilməyəcək. Ona əvvəlki direktoru Nest Tony Faddel başçılıq edəcək.

Məsələ ilə bağlı yekun qərarın önümüzdəki aylarda veriləcəyi vuğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə