“Apple” nəhəng monoblok fərdi kompüter istehsalçısı olub

"Digitimes Research" şirkəti analitiklərinin proqnozlarına əsasən, 2013-cü ildə ötən illə müqayisədə 15,8 faiz daha çox monoblok fərdi kompüter (AIO hamısı birində) buraxılacaq və bu işə "iMac" kompüterini yeniləyən "Apple" şirkəti böyük töhfə verəcək. SİA-nın məlumatına görə, 2014-cü ildə monoblokların tədarük həcmində artım 4,9 faizə bərabər olacaq, bu məhsulların kompüter bazarının ümumi həcmində payı 11,5 faiz təşkil edəcək ki, bu da başa çatmaqda olan ilin yekunları üzrə gözləniləndən 1 faiz bənd azdır.

Bu yaxınlarda ABŞ-ın "Apple" şirkəti nəhəng monoblok fərdi kompüter istehsalçısı olmaqla Çinin "Lenovo" şirkətini qabaqlayıb. Ekspertlərin fikrincə, Çin istehsalçısı üçün xüsusilə Çində genişlənən bazarda liderliyi özünə qaytarmaq heç də asan olmayacaq. Bundan başqa, bazarda rəqabət gərginləşəcək və "Dell" və "Sony" kimi istehsalçılar cari ildə satış həcmini artıra biləcək.

Monoblok kompüterlərin yığılması ilə məşğul olan "Quanta Computer" və "Compal Electronics" şirkətləri bu məhsulun tədarükünü 6-8 faiz artıracaq, müqavilə əsasında fəaliyyət göstərən digər şirkətlərdə isə 5 faizlik artım gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...