Azərbaycan-ABŞ İKT Forumu keçiriləcək

Azərbaycan-ABŞ İKT Forumu keçiriləcək

Bakıda dekabrın 3-də Azərbaycan- ABŞ İKT Forumu keçiriləcək. Forum həmin günlərdə Bakıda keçiriləcək "Bakutel-2013" beynəlxalq sərgi-konfransı çərçivəsində təşkil olunacaq. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), Azərbaycanın ABŞ-dakı səfirliyi, ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) təşkilatçılığı ilə keçiriləcək forumun ilk plenar iclasının "Azərbaycanın ilk telekommunikasiya peyki və kosmos sahəsi üzrə Azərbaycan-ABŞ tərəfdaşlığında gələcək imkanlar" mövzusuna həsr edilməsi nəzərdə tutulur. RİTN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirin "Azərbaycanın İKT sahəsi: ticarət və investisiya imkanları", "Azərbaycan- ABŞ İKT əməkdaşlığında yeni üfüqlər: çağırışlar və imkanlar" mövzuları ətrafında plenar müzakirələrlə davam etdirilməsi planlaşdırılır. Eyni zamanda, tədbir çərçivəsində "Azərbaycanda son 10 ildə inkişaf dinamikası"na dair mini-sərgi turu təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə