Smartfonlarda simsiz enerji toplama vaxtı 2 dəfə azaldılacaq
"Sony" və "Rohm" şirkətləri smartfon və digər qurğuların simsiz enerji toplama prosesini xeyli sürətləndirəcək texnologiya hazırlayıb. Yeni mikroçiplər sayəsində 10-20 voltluq enerjidən istifadə imkanı təmin edilir və bunun nəticəsində akkumulyatorun simsiz üsulla enerji toplaması vaxtının 2 dəfə azaldılmasına nail olunur. SİA-nın məlumatına görə, smartfon batareyasının tam enerji ilə doldurulmasına təxminən 1 saat sərf olunacaq.
Qeyd edək ki, təklif olunan texnologiya simsiz enerji toplama üzrə konsorsium tərəfindən "Qi" beynəlxalq standartı çərçivəsində hazırlanması başa çatdırılan texnologiyaya əsaslanır. Təkmilləşdirilmiş simsiz toplama sistemindən istifadə edən qurğuların gələn ilin ikinci rübündə satışa çıxarılması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB