Çinin elektrikli avtomobillərini Avropada almırlar..?

Belə ki, onların satışları son səkkiz ayın ən aşağı səviyyəsinə düşüb

2024-cü ilin noyabrında Çin elektrik avtomobillərinin Avropa satışlarında payı səkkiz ayın ən aşağı səviyyəsinə düşüb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə Belçika Xəbər Agentliyi məlumat yayıb.

Satışların azalması oktyabrın sonunda Avropa İttifaqı tərəfindən Çin istehsalı olan elektrik avtomobillərinə tətbiq edilən tariflərin artırılmasından sonra baş verib.

İngilis idman avtomobil markası MG-nin sahibi olan BYD və SAIC Motor kimi Çin istehsalçıları noyabr ayında AB-də yeni elektrikli avtomobillərin qeydiyyatının 7,4 faizini təşkil edib ki, bu da mart ayından bəri ən aşağı göstəricidir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə