Azərbaycanda şahmat idman növünün inkişafı hansı səviyyədədir? - QURUM RƏSMİSİ AÇIQLADI
“Azərbaycanda şahmat idman növü sevilən və daima öz nəticələri ilə bizi sevindirən bir idman növüdür”. Bu fikirləri SİA-ya açıqlamasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib.

Qurum rəsmisi qeyd edib ki, həm qadınlar, həm də kişilər arasında müxtəlif yaş qruplarında zaman-zaman Azərbaycan şahmatçıları daima fərqləniblər: “Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və keçən əsrin 70-ci illərində tikilərək, istifadəyə verilmiş şahmat mərkəzləri və məktəbləri Azərbaycan şahmatının fundamental əsaslarını qoymuşdur. Bu günləri də biz həmin məktəblərdə formalaşan ustalıq dərəcəsini artıran gənc nəslin yetişməsinin sübutunu görürük. Belə ki, iddaçılar turnirində daima Azərbaycanın şahmatçılarının iştirakı və top-10 ən güclü şahmatçılar arasında fərqlənməsi çox sevindirici bir haldır. Xüsusi olaraq onu vurğulamaq lazımdır ki, cənab Prezident İlham Əliyev tərəfindən şahmat idman növünün inkişafı ilə əlaqədar olaraq dövlət proqramının imzalanması kütləviliyin və yüksək idman ustalığının artırılmasına böyük təkan vermişdir. Belə ki, sonuncu dünya çempionatında həm qadınlar, həm də bəylər arasında müstəqillik dövrünün ən gözəl göstəricisinə nail olmuş iki şahmatçımızın dünya çempionu olması bizim hamımızı sevindirdi. Bununla da məntiqi olaraq şahmat idman növünün ölkəmizdə hansı səviyyədə olduğunu sübut etmiş oldu. Mehriban xanım Əliyevanın şəxsən çempion olan şahmatçılarımızı təbrik etməsi dövlət tərəfindən idmana olan diqqət və qayğının yüksək səviyyədə olmasını bir daha göstərdi. Fürsətdən istifadə edərək Gənclər və İdman Nazirliyini, idman ictimaiyətini, Milli Olimpiya Komitəsini, Şahmat Federasiyasını, idmançılarımızın şəxsi məşqçilərini təbrik edirəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB