"Liverpul" autsayderə uduzdu

"Liverpul" İngiltərə Premyer Liqasında 13-cü tur oyununa çıxıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi səfərdə autsayder "Nottinqem Forest"lə qarşılaşıb və 0:1 hesabı ilə uduzub.

"Nottinqem Forest" - "Liverpul" - 1:0
Qol:
Avoniyi, 55

Bu qələbə ilə meydan sahibləri xalını 9-a (12 oyun) çatdırıb və turnir cədvəlində sonuncu-20-ci pillədən 19-cu pilləyə yüksəlib. "Liverpul" isə 16 xalla (11 oyun) 7-cidir.Siyahıya 27 xalla (10 oyun) "Arsenal" başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə