“Şalke” 3-cü pillədə qərarlaşıb

“Şalke” 3-cü pillədə qərarlaşıb

Almaniyanın Qərb Regional Liqasında 12-ci turun oyunları keçirilir. SİA xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun şərəfini qoruduğu “Şalke”nin ikinci komandası bu turda doğma meydanda “Rot Vays Ahlen”lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb. Rüfət də bu görüşdə iştirak edib. O, start heyətdə meydana çıxıb və 69-cu dəqiqədə əvəzlənib.

“Şalke”nin ikinci komandası hazırda 20 xalla 18 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə