MMA döyüşçümüzün debütü uğurlu alınıb - FOTOLAR

MMA döyüşçümüzün debütü uğurlu alınıb - FOTOLAR

Azərbaycanın MMA döyüşçüsü Röyal Leylizadənin Qazaxıstanın Octagon Liqasında debütü uğurlu alınıb. SİA xəbər verir ki, Azərbaycanın “ASED Fighting Championship” (AFC ASED) Liqasının “Contender” seriyasının döyüşçüsü R.Leylizadə Asiyanın “Top-3”, Qazaxıstanın isə ən nüfuzlu liqasında yerli idmançı Aktore Batırbek ilə qarşılaşıb.

57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz rəqibini məğlub edərək Octagon Liqasına uğurla start verib.

Bütün xəbərlər Facebook səhifəmizdə