İngiltərənin “Mançester Siti” futbol komandasının yarımmüdafiəçisi Kevin De Brüyne ən çox məhsuldar ötürmə verməklə klubun rekordunu müəyyənləşdirib. SİA-nın məlumatına görə, bu barədə Premyer Liqanın rəsmi saytı xəbər verib.
İngiltərə çempionatının IX turunda “Mançester Siti” səfərdə “Sauthempton” üzərində 4:0 hesablıq darmadağınla qalib gəlib. Belçikalı bu oyunda 1 məhsuldar ötürmə edib və bununla da onun məhsuldar ötürmələrinin sayını 94-ə çatdırıb. Bu, komandanın tarixində ən yaxşı göstəricidir.
Bundan əvvəl rekord 93 məhsuldar ötürmə verən ispan David Silvaya məxsus idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB