O, komandanın əsas oyunçusuna çevrilir

Fede Valverde sentyabr ayında “La Liqa”nın ən yaxşı oyunçusu seçilib.

Yarımmüdafiəçi bu ay “Real Madrid”in çempionatda qazandığı hər üç qələbədə iştirak edib. 2 qol vurub və bir məhsuldar ötürmə edib.

Belə ki, 24 yaşlı uruqvaylı səsvermədə Robert Levandovski (Barselona), Dani Parexo (Vilyarreal), Samu Kastilyexo (Valensiya), Luis Felipe (Betis), Brais Mendez (Real Sosyedad) və Niko Uilyamsı qabaqlayıb.("Athletic").

Madrid derbisi Valverdenin çox yönlü və faydalı olduğunu göstərib. Uruqvaylı "Real Madrid"in əsas oyunçusuna çevrilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə