"Frayburq" və "Qarabağ" komandaları arasında oyuna start verilib
Ağdamın “Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb. SİA xəbər verir ki, Ağdam təmsilçisi səfərdə Almaniyanın “Frayburq” komandasının qonağıdır.
“Europa-Park” stadionunda oynanılan qarşılaşmanı belçikalı baş hakim Erik Lambrexts idarə edir.
"Frayburq"un start heyətində Mark Flekken, Filip Linhardt, Maksimilian Eggeştayn, Nils Petersen, Kiliann Sildillia, Nikolas Höfler, Mattias Ginter, Çon U Yon, Kristian Günter, Vinçentso Qrifo və Ritsu Doan yer alıblar.
Ağdam təmsilçisinin start heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Kadi Borges. Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov və Ramil Şeydayev çıxıblar.
Beləliklə, Azərbaycan çempionu ardıcıl 9-cu dəfə avrokubokların qrup mərhələsində mübarizəyə başlayıb.
G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"unu qəbul edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB