"Bu kimi filmlər idmanın inkişafına təkn verəcək" - MOK SƏDRİ DANIŞDI

"Bu kimi filmlər idmanın inkişafına təkn verəcək" - MOK SƏDRİ DANIŞDI

"Son zamanlarda Azərbaycanda ənənəvi idman növləri inkişaf etməyə başlayıb. Bunlardan biri də velosiped idman növüdür". SİA xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Olimpiya Komitəsinin sədri Çingiz Hüseynzadə bildirib.

MOK sədrinin sözlərinə görə, bu gün tamaşaçılara təqdim olunan film bizim ən yaxşı velosipetçimiz, Tokio Olimpiya Oyunlarının iştirakçısı, Şuşa turnirinin qalibi Elçin Əsədova həsr olunub: "Bu film Azərbaycan Velosiped Federasiyasının səyi nəticəsində ərsəyə gəlib. Mən ümid edirəm ki, bu kimi filmlər Azərbaycan idmanın inkişaf etməsinə təkan verəcək. Bütün idman növlərində iştirak edən uğurlu idmançılarımızı biz çəkib, xalqa təqdim edərək, onları tanıdmalıyıq. Düşünürəm ki, bu gün təqdimatı keçirilən filmində əsas məqsədi məhz budur. Mən filmi ərsəyə gətirən və bütün əməyi olan insanlara öz təşəkkürlərimi bildirirəm".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə