Belçikalı "ulduz" "Qalatasaray"da

Belçikalı "ulduz" "Qalatasaray"da

"Qalatasaray" Dris Mertenslə razılığa gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə klubun rəsmi tviter səhifəsi məlumat yayıb. "Sarı-qırmızılar" 35 yaşlı forvardın transferi ilə barədə bunları deyib: "Peşəkar futbolçu Dris Mertensin klubumuza transferi ilə bağlı futbolçu ilə rəsmi görüşlərə başlanıb".

Qeyd edək ki, Mertens 2013-cü ildən "Napoli"nin formasını geyinirdi.

Xatırladaq ki, "Qalatasaray" "Arsenal"dan Lukas Torreyranı da heyətinə qatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə