Hücumçu Borxa Mayoral "Real"dan "Xetafe"yə keçib. SİA-nın "Sports.ru"ya istinadən məlumatına görə, Madrid klubunun 25 yaşlı hücumçusunun "Xetafe"yə transferi təsdiqlənib və futbolçu ilə müqavilənin 5 illik olduğu bildirilir.
"Real Madrid"in Mayoral üçün 10 milyon avro alacağı bildirilir.
Mayoral "Real Madrid"in məzunudur, 2007-ci ildə klubun akademiyasına qoşulub. Madrid klubunun tərkibində Borxa Çempionlar Liqası, klublararası dünya çempionatı, Avropa Superkuboku və İspaniya Superkubokunun qalibi olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB