Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib.
SİA Matç.az-a istinadən xəbər verir ki, həlledici oyunda Super Liqanın sonuncu qalibi “Trabzonspor”la Türkiyə kubokunu qazanmış “Sivasspor” üz-üzə gəlib.
İstanbuldakı Atatürk Olimpiya Stadionunda təşkil olunmuş matç Trabzon təmsilçisinin 4:0 hesablı qələbəsiylə yekunlaşıb. Qolları dubla imza atan Andreas Kornelius (37 və 51), Yens Larsen (64) və Anastasios Bakasetas (75) vurublar.
Beləliklə, “Trabzonspor” tarixində üçüncü dəfə Super Kubokun qalibi olub. Sözügedən komanda 2010 və 2021-ci illərdə də oxşar uğura imza atmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB