“Liverpul”a nifrət edirəm”

"Mançester Yunayted"in futbolçusu Markus Reşford İngiltərə Premyer Liqasının digər klublarına münasibətindən danışıb.

SİA Qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı forvard “The Shop”a açıqlamasında “Liverpul”a nifrət etdiyini deyib:

“Ən az sevdiyim klub “Liverpul”dur. Mən "Liverpul"a nifrət edirəm. Aydındır ki, “Mançester Siti” də belədir. Lakin “Liverpul”un tarixi var. Şəhərə nifrət etmək üçün xüsusi səbəb yoxdur. Amma təbii ki, ümumilikdə onları da sevmirəm. “Old Trafford”da oynamaq mənə çox xoşdur, burada xüsusi atmosfer var. Heç bir stadion “Old Traford”la müqayisə oluna bilməz. Eyni zamanda, səfər matçlarında iştirak edən azarkeşlərimizə böyük hörmətim var. Onlar “Old Trafforddan” kənarda da bizə əla dəstək göstərirlər”.

Qeyd edək ki, Reşford 2015-ci ildən “Mançester Yunayted”də oynayır. O, İngiltərə millisinin də üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə