Konfrans Liqası: Kosovo klubu növbəti mərhələdə

Konfrans Liqası: Kosovo klubu növbəti mərhələdə

Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu gün bir matç keçirilib. Kosovo “Drita”sı Finlandiya “İnter Turku”sunu qəbul edib. 3:0 hesabı ilə qalib gələn "Drita" növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, bu mərhələnin digər cavab görüşləri iyulun 14-də keçiriləcək.

12 iyul

"Drita" (Kosovo) - "İnter Turku" (Finlandiya) - 3:0
Qol:
Simonovski, 2, Muja, 49, 51
İlk oyun - 0:1

Bütün xəbərlər Facebook səhifəmizdə