Üç klub Ronaldodan imtina etdi

"Bavariya", "Çelsi" və PSJ yay transfer pəncərəsində "Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonu almaq variantından imtina ediblər.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" hesabında yazıb.

Bildirilib ki, Münhen klubunun rəhbərliyi portuqaliyalı futbolçunun yaşını əsas gətirərək bundan imtina edib. "Çelsi" Ronaldonu almaq istəmir, buna baş məşqçi Tomas Tuhel qarşı çıxıb. Həmçinin 37 yaşlı futbolçunun agenti Jorje Mendeş PSJ-yə oyunçunu təklif etsə də, parislilər daha bir hücumçu ilə maraqlanmadığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...