Azərbaycanın taekvondo yığması hazırlığa başlayıb

Kişi taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib. Federasiyadan SİA-ya verilən məlumata görə, yeni baş məşqçi Məmməd Abdullayevun rəhbərliyi ilə hazırlıqlara başlayan yığmanın ilk məşqində qurumun rəhbər heyəti idmançılarla görüşüb.

Federasiyanın vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, İdarə heyətinin üzvü Vüqar Məmmədov, Nəzarət-Təftiş Komitəsinin sədri Bəxtiyar Mirzəliyev komanda qarşısında çıxış edib.

N. Səfərov milli komandadan uğurlu nəticələr gözlədiyini vurğulayıb: “Federasiyamız hər zaman yaxşı nəticələrə sahib olsa da son zamanların nəticələri qənaətbəxş deyil. O nəticələri yenidən əldə etmək üçün çox çalışmalısınız. Bizi qarşıda bir neçə möhtəbər yarış gözləyir. Ümidvaram ki, ölkəmizə gözəl nəticələrlər qayıdıb bizləri sevindəcəksiniz. Baş məşqçi Məmməd Abdullayevi də təbrik edir, yeni təyinatında uğurlar arzulayıram!”.

N.Paşayev də komandaya inadığını qeyd edib: ”Sizlərnən yarışlarda bir yerdə olduğum üçün hər birinizi yaxından tanıyıram və nəyə qadir olduğunuzu bilirəm. Ümumilikdə komandamıza inanıram və dünya araenalarında medalları sıralayacağınza şübhə etmirəm. Sizə bol şanslar diləyirəm!”.

V.Məmmədov və B.Mirzəliyev də komandaya uğurlar arzulayıb.

Baş məşqçi Məmməd Abdullayev daha da çox çalışmaq lazım olduğunu bildirib: “Mənə göstərilən etimada görə federasiya rəhbərliyinə təşəkkür edirəm. Öz növbəmizdə biz də beynəlxalq arenalarda himnimizi səsləndirməyə, vətənə medallarla dönməyə çalışacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...