"Zirə"nin rəqibi 34 yaşlı futbolçu ilə müqaviləni yeniləyib

"Zirə"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan İsrailin "Makkabi" (Təl-Əviv) klubu futbolçusu Avi Rikanla müqaviləni yeniləyib. SİA Təl-Əviv təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki. 34 yaşlı yarımmüdafiəçi ilə 1 illik yeni sözləşmə imzalanıb. İsrailli oyunçu 2015-ci ildən paytaxt klubunda çıxış edir.

Qeyd edək ki, "Zirə" və "Makkabi" arasında ilk görüş iyulun 21-də Bakıda "Dalğa Arena"da oynanılacaq. Qarşılaşma saat 20:00-da start götürəcək. İyulun 28-də Təl-Əvivdəki "Blumfild" stadionunda təşkil olunacaq oyun isə Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə