"Liverpul" uruqvaylı hücumçu ilə razılığa gəldi

"Liverpul" uruqvaylı hücumçu ilə razılığa gəldi

"Liverpul" "Benfika"nın futbolçusu Darvin Nunesi transfer etməyə yaxındır.

SİA Qol.az-a istinadən xəbər verir ki, klub və uruqvaylı hücumçu şəxsi müqavilənin şərtləri ilə bağlı razılığa gəliblər.

Mersisayd təmsilçisi futbolçunun transferi ilə bağlı "Benfika" ilə hələ razılaşa bilməyib. Portuqaliya klubu ümumilikdə təxminən 100 milyon avro istəyir. Klublar müqavilənin şərtləri ilə bağlı danışıqlar aparır

Qeyd edək ki, 22 yaşlı forvard ötən mövsüm Portuqaliya çempionatında 28 oyuna çıxıb, 26 qol vurub və 4 qolun ötürməsini verib.

Bütün xəbərlər Facebook səhifəmizdə