Alonso "Real Sosyedad"dan ayrılır

"Real Sosyedad"ın ikinci komandasının baş məşqçisi Xabi Alonso iyunda klubdan ayrılacaq.

SİA Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, "Liverpul", "Real", "Bavariya" və İspaniya millisinin keçmiş yarımmüdafiəçisi 2019-cu ildən "Real Sosyedad"ın ikinci komandasını çalışdırır. Onun Belçikanın "Brügge"sinə keçə biləcəyi iddia edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə