Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub - FOTOLAR

Mayın 20-22-də Kosovoda keçiriləcək Avropa çempionatının II təsnifat mərhələsində iştirak edəcək 22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışını başa vurub. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aprelin 29-da Bakıda başlayan hazırlığa Türkiyədə yekun vurulub.

Baş məşqçi Eldar Əliyevin rəhbərlik etdiyi komanda qardaş ölkədə yerli yığma ilə də gücünü yoxlayıb. "Ay-ulduzlular"la keçirilən 2 görüşdə rəqib qələbə qazanıb.

Beləliklə, 20 günlük təlim-məşq toplanışını yekunlaşdıran milli komanda bu gün Türkiyədən birbaşa Kosovoya yollanacaq.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə