Üzgüçülük üzrə beynəlxalq yarış keçirilib

Azərbaycanda ilk dəfə üzgüçülüyün dayvinq növü üzrə beynəlxalq yarış keçirilib. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məıumata görə, Azərbaycanda ilk dəfə olaraq üzgüçülüyün fridayvinq növü üzrə Aquatic Palace Open Cup 2022 yarışları keçirilib. Azərbaycan Üzgüçülük Federasiyasının, Azərbaycan Gənclər və İdman Nazirliyinin və Bakı Su İdmanı Sarayının təşkilatçılığı ilə keçirilən bu beynəlxalq yarışa 3 ölkədən 23 idmançı qatılmışdı. Federasiyanın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan, Rusiya və Özbəkistandan olan 4 qadın və 19 kişi idmançı birincilikdə öz güclərini sınayıblar.

Yarışlara Beynəlxalq Dayvinq Federasiyası tərəfindən iki hakim göndərilmişdi. Yarışın qaydalarına əsasən idmançılar birinci günü suda nəfəs saxlama, ikinci günü isə suya dərinliyə baş vurma üzrə mübarizə aparırdılar.

Yarışların hər iki növündə kişilərdən Qubad Məmmədov, qadınlardan isə Anna Vəliyeva birinci yeri qazandılar.

Sonraki iki yeri kişilərdən Eldar Qadirov və Namiq Əhmədzadə, qadınlardan isə Oksana Beker və Ülviyyə Həsənova tutdular. Bakı Su İdmanı Sarayında təşkil olunan beynəlxalq turnir iki gün davam edib.

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...