Suares bu klubla anlaşdı

“Atletiko”nun hücumçusu Luis Suares karyerasını ABŞ-da davam etdirəcək.

SİA Qol.az-a istinadən xəbər verir ki, uruqvaylı futbolçu “İnter Mayami” ilə razlığa gəlib

Suaresin "Atletiko" ilə müqaviləsi mövsümün sonunda başa çatır. Buna görə də 35 yaşlı hücumçu MLS klubuna azad agent kimi keçəcək. Devid Bekhemin klubu ilə uruqvaylı forvard arasında 2 illik sözləşmə imzalanacağı bildirilib.

Qeyd edək ki, Luis Suares bu mövsüm “Atletiko”nun heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 13 qol vurub, 2 qol ötürməsi edib.

Bütün xəbərlər Facebook səhifəmizdə