Fərid Qayıbov Malayziya nümayəndə heyətini qəbul edib

Fərid Qayıbov Malayziya nümayəndə heyətini qəbul edib

Görüşdə Malayziya Olimpiya Şurasının baş katibi Dato Mohd Nazifuddin Dato Sri Mohd Najib, Malayziya Gimnastika Federasiyasının prezidenti Dato Seri Tan Gin Sun, baş katibi Afrita Nasril, Malayziyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Yusof Yubazlan və səfirin müşaviri Mardiana Binti Mohamed Rohani iştirak ediblər. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nazir Fərid Qayıbov qonaqlara Azərbaycanda idmanın inkişafı, gənclərin idmana cəlb edilməsi istiqamətində görülən işlər, bu sahəyə dövlət qayğısı barədə məlumat verib. Nazir həmçinin onları ölkəmizdə mövcud olan idman infrastrukturu haqqında da məlumatlandırıb.

Görüş zamanı Azərbaycanla Malayziya arasında idman sahəsində mümkün əməkdaşlıq imkanları da müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə