Cənubi Koreya və ya Türkiyədən baş məşqçi gətirmək istəyirik - QURUM RƏSMİSİ AÇIQLADI

Cənubi Koreya və ya Türkiyədən baş məşqçi gətirmək istəyirik - QURUM RƏSMİSİ AÇIQLADI

"Gələcəkdə əcnəbi baş məşqçinin gətirilməsi barədə düşünürük". SİA xəbər verir ki, bunu Azərbaycan Kamandan Oxatma Federasiyasının (ARKOF) prezidenti Şahin Mövsümov qurumun hesabat-seçki konfransından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ən önəmli məqsədlərimizdən biri olimpiadaya lisenziya alınmasıdır: "Qısamüddətli uğurlar istəmirik. Ona görə də uzunmüddətli hədəflər qoyuruq. Geridə qalan 10 ildə nəticələri legionerlər yox, gənclərimiz göstərdi. Yenilik gətirmək, səhvlərimizi görmək istəyirik. Bu idman növü daha çox Cənubi Koreyada inkişaf edib. Ona görə də ya həmin ölkədən, ya da Türkiyədən mütəxəssis gətirmək istəyirik".

Müəllif: Banuçiçək Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə