Futbol üzrə son Avropa çempionu İtaliya və Amerika Kubokunun son qalibi Argentina yığmaları arasında keçiriləcək oyunun başlama saatı açıqlanıb. SİA xəbər verir ki, "Finalissima" adı verilən və iyunun 1-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Londonda 86 000 tamaşaçı tutumuna malik "Uembli" stadionunda gerçəkləşəcək görüşün biletləri martın 24-də satışa çıxarılacaq.
Qeyd edək ki, bu oyun Avropa futbol qurumu ilə Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB