“Barselona” sol cinahını gücləndirməyin yollarını axtarır.
SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, bu mənada klubun prioritet seçimi “Valensiya”dan Xose Qayya olsa da, alternativlərdən biri “Leypziq”də çıxış edən Anhelinyodur.
25 yaşlı futbolçu ailəvi səbəblərə görə İspaniyaya qayıtmaq istəyir. Almaniya klubu onun transferi üçün 30 milyon avro tələb edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB