“Napoli” qalib gəldi, “Milan” evdə uduzdu

Futbol üzrə İtaliya A Seriyasında 14-cü tura yekun vurulub.

SİA xəbər verir ki, sonuncu oyun günündə beş görüş baş tutub.

“Udineze” - “Cenoa” matçında qapılara qol vurulmayıb. “Spetsiya” doğma meydanda “Bolonya”ya minimal hesabla uduzub.

Joze Mourinyonun çalışdırdığı “Roma” “Torino” ilə ev oyunundan minimal hesabla qalib ayrılıb.

Lider “Napoli”nin bu turdakı rəqibi “Latsio” olub. Neapol təmsilçisi doğma meydanda 4 cavabsız qola sevinib. Liderin əsas izləyicisi “Milan” isə bu turda xalsız qalıb. Sözügedən komanda “Sassuolo” ilə ev oyununda məğlubiyyətə üzülüb.

İtaliya A Seriyası

14-cü tur

26 noyabr

Kalyari – Salernitana 1:1

Qol: Pavoletti, 73 – Bonatsoli, 90.

27 noyabr

Sampdoriya – Verona 3:1

Qol: Kandreva, 51. Ekdal, 77. Murru, 90 – Tameze, 37.

Empoli – Fiorentina 2:1

Qol: Bandinelli, 87. Pinamonti, 89 – Vlahoviç, 57.

Yuventus – Atalanta 0:1

Qol: Sapata, 28.

Venetsiya – İnter 0:2

Qol: H.Çalhanoğlu, 34. L.Martines, 90+6-pen.

28 noyabr

Udineze – Cenoa 0:0

Milan – Sassuolo 1:3

Qol: Romanyoli, 21 – Skamakka, 24. Kyaer, 33-öz qapısına. Berardi, 66.

Spetsiya – Bolonya 0:1

Qol: Arnautoviç, 83-pen.

Roma – Torino 1:0

Qol: Abraham, 32.

Napoli – Latsio 4:0

Qol: Zelinski, 7. Mertens, 10; 29. Ruis, 85.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...