Xavi "Barselona"ya baş məşqçi təyin edilib

Xavi "Barselona"ya baş məşqçi təyin edilib

İspaniyalı mütəxəssis Xavi "Barselona" futbol klubunun baş məşqçisi təyin edilib.

SİA-nın məlumatına görə, bu barədə klubun mətbuat xidmətindən bildiriblər.

Məlumata əsasən, yeni baş məşqçi ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.

Xavinin yaxın günlərdə Barselonaya gələcəyi və noyabrın 8-də mütəxəssisin iştirakı ilə xüsusi mətbuat konfransının keçiriləcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə