"Barselona" Fatini yenidən itirdi?

"Barselona"nın futbolçusu Ansu Fati yenidən zədələnib.

SİA Qol.az-a istinadən Kataloniya təmsilçisinin rəsmi tviter hesabına istinadən xəbər verir ki, 18 yaşlı hücumçu La Liqanın 10-cu turunda "Real"la keçirilən oyunda (1:2) sağ dizindən xəsarət alıb. Onun ən azı çempionatın növbəti turunda "Rayo Valyekano" ilə görüşü buraxacağı bildirilib.

Qeyd edək ki, Ansu Fati zədə səbəbindən ötən ilin noyabrından meydna çıxmırdı. O, ötən ay sıraya qoşulmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...