"Neftçi"dən avrokuboklara biabırçı vida

"Neftçi"dən avrokuboklara biabırçı vida

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulacaq.

SİA xəbər verir ki, təmsilçimiz "Neftçi" də cavab matçına çıxıb. Samir Abasovun rəhbərlik etdiyi komanda İsraildə "Makkabi"nin (Hayfa) qonağıdır olub.

Bakıdakı görüşdə 3:3 hesablı bərabərlik qeydə alındığından komandaların mərhələ adlamaq şansı eyni qiymətləndirilirdi.

Təəssüf ki, bu il əvvəlcə Çempionlar Liqasında, sonra UEFA Avropa Liqasında mübarizəni dayandıran" Neftçi" nüfuz baxımından Avropanın sonuncu turniri hesab olunan Konfrans Liqasını da biabırçı məğlubiyyətlə tərk edib - 0:4.

26 avqust

Konfrans Liqası

Pley-offun cavab oyunu


21:00."Makkabi" (Hayfa, İsrail) - "Neftçi" (Azərbaycan) - 4:0
Qol: Menaçem, 20 (1:0) Atzili, 45+2 (2:0), Haziza, 53-pen. (3:0), Abu Fani, 69 (4:0)
Baş hakim: Aleksandr Stavrev (Şimali Makedoniya)
Hayfa. “Sammi Ofer” stadionu
İlk oyun – 3:3

Bütün xəbərlər Facebook səhifəmizdə