"Qarabağ"ın sabiq qapıçısının yeni klubunun adına aydınlıq gəlib

"Qarabağ"ın sabiq qapıçısının yeni klubunun adına aydınlıq gəlib

"Qarabağ"ın sabiq futbolçusu Asmir Beqoviçin yeni klubu müəyyənləşib.

SİA xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. 34 yaşlı qolkiper karyerasını "Everton"da davam etdirəcək. Tərəflər 2 illik müqavilə imzalamaq barədə razılaşıblar.

Qeyd edək ki, Beqoviç 2019-cu ildə icarə əsasında "Qarabağ"a oynayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə