Sebastyan Fettel Azərbaycan Qran-Prisində "Alton Martin"ə ilk podium qazandırıb

Sebastyan Fettel Azərbaycan Qran-Prisində "Alton Martin"ə ilk podium qazandırıb

Sebastyan Fettel Azərbaycan Qran-Prisində ikinci olmaqla komandası "Aston Martin"ə Formula 1-də ilk podium qazandırıb.
SİA xəbər verir ki, S.Fettelin komanda yoldaşı Lans Strollun bolidinin təkəri partladığı üçün mübarizəni erkən dayandırıb.
Altı mərhələdən sonra hesabında 37 xal olan "Aston Martin" komandası Konstruktorlar kubokunda 6-cı pillədə qərarlaşıb. Konstruktorlar kubokuna 174 xalla "Red Bull Racing Honda" komandası başçılıq edir.
"Racing Point" komandasının bazasında yaradılan "Aston Martin" Formula 1-də 2021-ci ildə debüt edib.

Bütün xəbərlər Facebook səhifəmizdə