"Formula1" üçüncü sərbəst yürüşün qalibləri bəlli olub - BAKI 2021

“Formula1” Bakı Qran Prisi davam edir. SİA xəbər verir ki, F1 üçüncü sərbəst yürüşün qalibləri bəlli olub.

Belə ki, keçirilən yarışda birinci yerdə “Scuderia AlphaTauri Honda” komandasının pilotu Pier Qasli, ikinci yerdə “Red Bull Racing Honda” komandasının pilotu Sergio Perez, üçüncü yerdə “Mercedes-AMG Petronas” komandasının pilotu Luis Həmilton qərarlaşıb.

Qeyd edək ki, “Formula1” Bakı Qran Prisi 4-6 iyun tarixlərində həyata keçirilir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə