Federasiyanın prezidenti istefa verdi

Almaniya Futbol Federasiyasının (DFB) prezidenti Fritz Keller istefa etdiyini açıqlayıb. "Daha əvvəl elan edildiyi kimi DFB-nin maraqları üçün zəruri olan yeni bir başlanğıc üçün prezidentlikdən ayrılıram. 23 aprel 2021-ci il tarixli iclasında baş verənlərə görə şəxsən məsuliyyət daşıyıram" deyib.

Keller, səhvinin DFB-ni biabırçı vəziyyətə saldığını və istefasının DFB və futboldakı problemləri həll etməyəcəyini bildirib.

Fritz Keller, 23 aprel tarixli idarə heyəti iclasında Rainer Koçu nasist dövrünün hakimi Roland Freisler ilə müqayisə edərək sərt reaksiya vermişdi. Fritz Kellerdən bu sözlərinə görə vəzifəsindən istefa etməsini istənildi. Daha sonra Keller Koçdan üzr istəyib.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...